Daha bir bank özbaşınalığı - Maşını sürücüdən alıb gizlədirlər - VİDEO

Elşən Sadıxov bir müddət öncə kreditlə avtomobil alıb. Ancaq qəza keçirdiyi üçün kreditin kiçik bir hissəsinin ödənişini banka gecikdirib. Bank isə bunu əsas gətirərək avtomobili məhkəmə qərarı olmadan Elşən Sadıxovun əlindən alıb. İndi vətəndaş iddia edir ki, bank onun avtomobilini gizlədir. Çünkü məhkəmə avtomobilin hərraca çıxarılması ilə bağlı qərar versə də bu, hələ də baş tutmayıb və avtomobil yoxdur.
Elşən Sadıxov avtomobilin hərraca çıxarılması üçün bir neçə dəfə banka müraciət etsə də cəhdləri nəticəsiz qalıb.
Ekspert Anar Ramazanov deyir ki, bank kredit gecikməsinə görə avtomobili məhkəmə qərarı olmadan vətəndaşın əlindən ala bilməz. Bank əməkdaşlarının bu cür addım atması birbaşa cinayət məsuliyyəti daşıyır. O ki qaldı avtomobilin bank tərəfindən gizlədilməsinə, vətəndaş mütləq avtomobilin tapılması üçün hüquq mühafizə orqanlarına müraciət etməlidir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












