Daha bir məmur oğlu bahalı maşınla qəza törətdi - Məktəbin həyətinə girdi

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib. Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib. İ.Həsənov ağır qəza törətməsinə baxmayaraq ciddi xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir. Əvvəllər polis sistemində işləyən İ. Həsənovun hazırda heç bir yerdə işləmədiyi deyilir.
Məlumat üçün bildirək ki, Ə.Həsənovun barəsində dəfələrlə neqativ məlumatlar dərc olunub.
Xatırladaq ki, avqustun 3-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Galendewagen”lə 2 nəfər ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan törətdiyi ağır qəza ciddi rezonans doğurmuşdu.
Azərbaycanda məmur övladlarının harın hərəkətləri barədə ökə rəhbərliyi tərəfindən də sərt reaksiya verilib. Prezident İlham Əliyev bildirib ki, xəbərdarlıqlardan nəticə çıxarmayan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












