Daha bir şəhidimizin övladı dünyaya gəldi - VİDEO

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, ikinci oğul övladının adını isə sağ ikən arzuladığı Ümid olub. Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyaya gələn körpəni rayon rəsmiləri, sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.
Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci ilin 7-i iyunda dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri, o körpə olduğu vaxt ayrılıb.
Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə həyatdan köçüb. Hər iki valideyinini itirən Elçin hərbi xidmətini başa vurduqdan sona öz dayısı qızı ilə ailə qurub. Bir oğlu dünyaya gəldikdən sonra yenidə müddətdən artıq hərbi xidmətə başlayıb. Piyadaların döyüş maşınında (PDM) – də atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub.
Sentyabrın 30-da isə ailəsinə şəhid xəbəri çatıb.
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO










