Daha bu yollarda radara düşməyəcəksiz - FOTO

Bakıda yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlərdən biri həllini tapıb. Paytaxta müxtəlif istiqamətlərdən girişdə yaşayış məntəqəsinə daxil olmağı bildirən yol nişanının olmaması sürücüləri çaşdırırdı. Bu isə əlbəttə ki, sürücülərin ziyanına idi.
Avtosfer.az olaraq bu barədə bir neçə dəfə yazaraq aidiyyatı orqanları məsələni həll etməyə çağırmışdıq. Çünki yaşayış məntəqəsini bildirən yol nişanının olmamasına görə sürücülər sürət rejiminə görə yaranmış vəziyyət ucbatından radara düşürdülər. Məsələn, «Maşın bazarı» kimi tanıdığımız ərazidə yaşayış məntəqəsini bildirən yol nişanı olmadığı üçün sürücülər avtomatik olaraq 80-90 km/saat sürətlə hərəkət edirdilər. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi istiqamətində hərəkət edərkən 60 km/saatdan artıq sürəti qayda pozuntusu kimi qeydə alan radar quraşdırılıb. Sürücülər də nişan olmadığı üçün radara düşdüklərinin fərqində olmurdular. Nəhayət, aidiyyatı orqanlar bu problemi həll edib. Belə ki, Bakı-Sumqayıt yolunda – Avtovağzalın yanından şəhərə daxil olarkən, habelə, «Maşın bazarı»nın yanında yaşayış məntəqəsini bildirən yol nişanı quraşdırılıb. «Bakı şəhəri» yazılan nişan artıq onu bildirir ki, siz yaşayış məntəqəsinə daxil olursuz və sürət 60-dan artıq olmamalıdır. Odur ki, bu nişanlara diqqət edin və radara düşməyin.
Problemi gec də olsa aradan qaldırdığı üçün aidiyyata qurumlara təşəkkür edirik. Bu məsələdə bizə dəstək olan daimi oxucumuz Təbriz Yusubova da təşəkkür düşür.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











