“Daimi mühərrik”dən birdəfəlik mühərrikə - FOTO

Marketinq qaydaları dəyişdikcə avtomobil detallarına yanaşma da dəyişir. Əgər 70-90-cı illərin avtomobillərində əsaslı təmir keçmədən milyon kilometr gedə bilən mühərriklər vardısa, indi vəziyyət başqadır.
Avtosfer.az xəbər verir ki, avtomobil eksperti İqor Morjaretto bu avtomobillərin dövrünün keçdiyini bildirir. Ekspertin fikrincə, 40-50 il əvvəl mühərriklər daha səsli, sərfiyyat yüksək idi. Bununla belə, resurs kifayət qədər çox idi. İndi isə vəziyyət dəyişib.
Hazırki avtomobillər ekoloji cəhətdən təmiz, qənaətcill və səssizdir, elektronikası boldur. İndiki mühərriklər gərgin rejimdə işlədiyi üçün resurs da tez tükənir. Əksər hallarda müasir daxiliyanma mühərrikləri 200 min kilometrdən sonra əsaslı təmir tələb edir.
Lakin bu vəziyyət istehsalçını qətiyyən narahat etmir. Konkret desək, istehsalçılar “zəmanət, kredit və lizinq müddəti bitdikdən sonra nə olursa olsun” prinsipi ilə işləyirlər. Doğrudur, 200 min kilpometrdən çox qət edən avtomobili istismar etmək mümkündür.
Lakin, sürücü istirahət günlərini servisdə keçirəcək. Bu baxımdan 80-90-cı illərin avtomobilləri sanki “əbədi mühərrik”lə təchiz edilib.
Ekspert çıxış yolunu avtomobili əsaslı təmir tələb etmədən yeniləməkdə görür ki, bu da hər kəsin büdcəsinə görə deyil.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












