Daxili İşlər Nazirliyi sürücülərin işini asanlaşdırdı – Bu linklərə daxil olun

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb. Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün nazirliyin mövcud "Elektron Ödənişlər Sistemi"ndə əlavə funksionallıqlar işlənib hazırlanıb. Həmçinin Baş Dövlət Yol Pol İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.
Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.az və https://e-payment.mia.gov.az linklərinə daxil ola bilərlər.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












