Dayanma-durma bilməyən sürücü maşınların hərəkət zolağına girdi - VİDEO

Avtomobilini yolun ortasında park etdi, maşınların hərəkət istiqamətini çətinləşdirdi.
Avtosfer.az xəbər verir ki, mövcud qayda pozuntusu Xətai rayonunun Sarayevo küçəsində qeydə alınıb. Qaydalara bələd idarəçi tərəfindən lentə alınan görüntülərdən aydın olduğu kimi sürücü avtomobilini maşın yolunun ortasında parklayıb. Sükan arxasında olmayan şəxsin hansı məqsədlə bu yola baş vurduğu məlum olmasa da, özünün hadisə yerində görünməməsi etdiyi əməli normal hal kimi qəbullandığına işarə edir. Belə ki, avtomobillərin hərəkət zolağında maşınını saxlayan sürücü onların öz zolaqlarından çıxaraq digər istiqamətlə getmələrinə səbəb olub. Nəticədə yolun sağ zolağında gedən maşınların hərəkətində çətinlik yaranıb.
Qeyd edək ki, sürücünün baş vurduğu bu qayda pozuntusu dayanma-durma qaydalarına ziddir və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə 20 manat cərimə tətbiqinə əsas verir.
Nərmin Əkbər
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı










