Dəhşətli qəzada ata öldü - Uşaq dərədən çətinliklə çıxdı - VİDEO

Quba-Xınalıq yolunda 60 metr hündürlükdən dərəyə aşan maşında 10 yaşlı uşaq da olub. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, bu qəza zamanı hadisə yerində dünyasını dəyişən Xınalıq kənd sakini Məmmədqasım Bağırovun oğlu Rəşaddır. Hadisə barədə də qohumlarına məhz o, xəbər verib. Qəza yerindən çətinliklə çıxan azyaşlı səhər saat 6:00 radələrində kəndə çatıb. Yaxınlarının dediyinə görə, Rəşad Bağırov qəzada ciddi xəsarət almasa da, hadisədən sarsıntı keçirib. R. Bağırov hazırda evlərindir.
Qeyd edək ki, qəza gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. 48 yaşlı Xınalıq kənd sakini Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı NİVA markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov hadisə yerində keçinib. İlkin məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










