Dəhşətli qəzaları yalnız xanımlar törətmir - Ekspert

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. İki "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, digər 3 nəfər ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sürücülərdən biri qadın olub. Hadisə nəticəsində qadının əri və qızı dünyasını dəyişib.
Hadisəni dəyərləndirən "Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, Azərbaycanda qadınlar sürücü olmağa daha həssas və diqqətlə yanaşırlar. Baş verən hadisəyə görə kütləvi olaraq qadın sürücüləri məsuliyyətsiz adlandırmaq düzgün deyil: "Bu dəqiqə Azərbaycandakı sürücülük kurslarına diqqət yetirsəniz, görərsiz ki, sürücülük vəsiqəsi alan qadınlar kişilərə nisbətən daha çox dərsə gəlirlər. Yəni, qadınlar sürücü olmağa daha ciddi yanaşırlar, nəinki kişilər. Ümumiyyətlə, Azərbaycanda kişilər necə sürücü olurlarsa, qadınlar da elə sürücü olur. Burda qadınlara xüsusi fərq, güzəşt yoxdur. Son vaxtlar qadın sürücülərin qəza törətməsi halları artmayıb.
Statistik məlumatlarda da göstərilir ki, belə bir şey yoxdur. Əksinə, son 20 gündə ölkəmizdə dəhşətli qəzalar oldu, birində 7, birində 5 nəfər öldü və bu qəzaları da törədən kişilər idi. Heç kəs yol qəzalarında sığortalanmayıb. Amma bu o demək deyil ki, hər kəs ağlına gələni edə bilər. Cinsindən asılı olmayaraq istənilən sürücü qəzaya düşə bilər və səhv etmək ehtimalı hər iki cinsə aiddir”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












