Deputat parkinqlərdən danışdı - Elmira Axundova

Milli Məclisin bu gün keçirilən iclasında deputat Elmira Axundova avtomobillərinparklanma məsələsinin Bakı şəhərinin nəqliyyat sistemində ciddi problem olaraq qaldığını vurğulayıb. Avtosfer.az-ın məlumatına görə, deputat deyib: “Qanunsuz parklanma yerlərinin mövcudluğu, hətta namünasib yerlərdə parkomatlar quraşdıraraq park yerlərinin açılması Bakı şəhərində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salır, tıxaclara səbəb olur. Bir də görürsən ki, müvafiq icra hakimiyyəti orqanları bir-biri ilə məsləhətləşmədən, ərazidə nəqliyyatın sıxlığını və yolun enini nəzərə almadan park yeri müəyyən edir. Bu da sonradan şəhərdə sıxlığa səbəb olmaqla həm sakinlər üçün narahatlıq yaradır, həm də müvafiq orqanların öz arasında ziddiyyət yaradır. Bu baxımdan “Yol hərəkəti” haqqında qanuna əlavə olunması təklif edilən 53-cü maddənin I, II və III maddələri mühüm əhəmiyyət kəsb edir”.
E.Axundovanın sözlərinə görə, digər problem odur ki, yol kənarındakı park yerlərində dəqiq göstərilməyib ki, nəqliyyat vasitələri yola paralel, yoxsa perpendikulyar şəkildə saxlanmalıdır. “Buna görə park yerləri xətlərlə müəyyən olunmalıdır. Təklif edilən 53-cü maddənin XXIV bəndində bu məsələ əks olunub. Parklanma yerlərinin 3 faizinin əlillər üçün ayrılması isə yeni bir mədəniyyətin başlanğıcıdır. Doğrudur Bakıda çox az sayda oteldə bu cür yerlərə rast gəlmək olur, amma ümumilikdə park yerlərinin çoxunda əlillər üçün park yerləri müəyyən olunmayıb. Odur ki, 53-cü maddənin X bəndi mühüm əhəmiyyət kəsb edir. Mən inanıram ki, bu təkliflər Bakıda sıxlıqla bağlı bir çox problemi aradan qaldıracaq. Amma dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin aparılması, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunması kimi geniş funksiyalara malik parkomatların alınması, ölkəyə gətirilməsi çox böyük maliyyə vəsaiti tələb edəcək. Sadəcə mən bilmək istərdim ki, çətin maliyyə dövründə bu qədər vəsaitin xərclənməsinə ehtiyac varmı? Bəlkə biz o parkomatların gətirilməsini bir neçə il sonraya təxirə salaq, XIII maddəni hələlik dayandıraq”.
Elməddin
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










