Deputatlar sığorta şirkətlərini ifşa etdi; pul vermirlər

Parlamentdə «Məhkəmə və hüquq-mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunun müzakirəsi zamanı sığorta şirkətlərindən şikayətlər səsləndirilib. Millət vəkili Leyla Abdullayeva təklif edib ki, Azərbaycanda sığorta sahəsinə aid ayrı-ayrı qanunlar qəbul etməkdənsə, vahid bir məcəllə qəbul etmək daha məqsədəuyğun olardı. Deputatın sözlərinə görə, 3 il öncə “İcbari sığorta” haqqında yeni qanun qəbul edilib, Mülki Məcəllə ilə də bəzi məsələlər tənzimlənir. Lakin son vaxtlar Milli Məclisdə mövcud olan praktikanı nəzərə alaraq bu sahədə də vahid məcəllə qəbul etmək olar. “Təəssüf ki, sığorta bizdə populyar deyil. Halbuki sığorta təbii fəlakətlərdən, fors-major hallardan insanlar qaranta alır. Türkiyədə artıq məcburi zələzələ sığortası var. Heç bir dövlət belə təbii fəlakətlərdən sığortalanmayıb. Elə Azərbaycanda şimal-qərb bölgəsində zəlzələdən, Kür çayının daşqınından xeyli insan əziyyət çəkdi. Insanlar öz gələcəklərini düşünərək bilməlidirlər ki, sığorta institutunun yeri böyükdür. Stimullaşdırma təbirləri görülməlidir ki, sığorta institutları cəld və effektiv işləsin.Bəzi sığorta şirkətləri hadisə baş versə də, ödənişi aparmır. Bu da insanlarda inamı azaldır. Vahid Sığorta Məcəlləsi qəbul edilsə, bu məsələlər də nəzərə alınmalıdır”.
Deputat Fazil Ağamalı qeyd etdi ki, hazırda bank və sığrta sistemi insanların əleyhinə işləyir: “Maşınlar sığortalanır, amma qəza zamanı dəyən ziyanın ödənilməsi üçün günlərlə sığorta şirkətlərinin qapısında gözləməli olur. Ən müxtəlif yollara əl atırlar ki, pul ödəməsinlər. Çoxlu faktlar var və bununla bağlı bizə də çoxlu şikayətlər olur”.
Spiker Oqtay Əəsdov da səslənən şikayətlərlə razılaşdı: “Bəzi hallarda insanlar bu məsələdən çox əziyyət çəkirlər. Dünyanın hər yerində sığorta şirktələri böyük pullar qazanırlar. Amma o pulları xərcləməyə əlləri gəlmir. Nəsə dəyişiklik etmək lazımdır ki, insanlar pul ödədikləri halda ziyan çəkməsinlər”.
Ziyad Səmədzadə də bu şikayətlərdən xəbərdar olduğunu bildirdi. Onun sözlərinə görə, ortaya çıxan nöqsanlar Dövlət Sığorta Nəzarət Xidməti ilə birlikdə araşdırılacaq və nəticələr haqqında açıqlama veriləcək: “Yol qəzaları olanda saatlarla maşını yoldan götürmürlər ki, get, sığortanı gətir.Biz sığorta fəaliyyətinə nəzarət edən qurumlarla söhbət aparacağıq”.
Bölgələrdə evlər sığrtalanmalıdır
Qənirə Paşayeva bəzi sahələrdə icbari sığrtaya ehtiyac olduğunu bildirdi. “Bölgələrdə yaşayış evlərinin sığortası ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Son bir həftədə mənim təmsil etdiyim bölgədə qazdan iki partlayış baş verib, heç birinin də sığortası yoxdufr. Sonra bu adamlar gəlib kömək istəyirlər. Bu sahədə maarifləndirmə aparmaq lazımdır. Yoxsa, bu problem cəmiyyətin problemlərinə çevrilir, kömək etmək mexanizmi də yoxdur”.
Elməddin Muradlı
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir








