Diqqət: Bu avtomobillərin spidometri geri çəkilir – VİDEO

Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər. Avtosfer.az ARB-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ikinci əl xarici avtomobillərin əksəriyyətində kilometraj geri çəkilir. Buna daha çox alman maşınlarında rast gəlinir. Bu cür işbazların qurbanına çevrilməmək üçün bəzi nüansları bilməkdə fayda var. Avtomobilin kilometrajını geri çəkən usta və yaxud etdirən şəxs Cinayət Məcəlləsinin 200, istehlakçıları aldatma maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər. Onu da qeyd edək ki, əməl külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Törədilən əməl zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda həmin şəxs 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












