Diqqət! - Sığorta fırıldaqçıları peyda olub; aldanmayın - VİDEO

Bir qrup insan özünü sığorta agenti kimi təqdim edərək, sürücülərə ya SMS göndərir, ya da birbaşa zəng edərək icbari sığortalarının etibarsız olduğunu deyirlər. Buna inanan sürücüyə isə əlavə pul müqabilində siğortanı bərpa etməyi təklif edirlər. Ekspertlər isə bu tələyə düşməməyin sadə yolu olduğunu bildirirlər.
Sürücülərə SMS göndərilir, avtomobilinin icbari sığortasının olmadığı bildirilir. Arxasınca isə zəng olunur və əlavə pul ödəmək şərtilə icbari sığortanın bərpa edilməsi təklif olunur.
Bu, son vaxtlar ortaya çıxan sığorta fırıldaqçılarının ən çox istifadə etdikləri yoldur.
Özlərini siğorta agenti kimi qələmə verərək, bu kimi zənglərlə insanları aldadırlar. Siğortanın etibarsız olduğunu və ya hər hansı bir qəza törətdikdə şirkət tərəfindən heç bir ödəniş edilməyəcəyini bildirərək əlavə pul tələb edirlər.
Sığorta eksperti Abbas Babayev deyir ki, sığorta müqavilələri avtomobilin sahibindən asılı olmayaraq öz qüvvəsində qalır. Yalnız bir halda icbari sığortaya vaxtından əvvəl xitam verilə bilər.
Bu kimi hallarla insanları aldadan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










