Dirsəkli val belə döyülür – VİDEO 

Avtoxəbər 18 Fevral 2026 10:30
Dirsəkli val belə döyülür – VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxiliyanma mühərrikinin ən böyük dəqiqlik tələb edən detallarından biri dirsəkli valdır. Bu detal möhkəm materialdan hazırlanmalı, dəqiq yonulmalı və balansirlənməlidir. Əks halda mühərrikdə titrəyişlər qaçınılmazdır.

Avtosfer.az xəbər verir ki, 50 il əvvələdək dirsəkli valı böyük polad lövhələrdən kəsərək burğulayırdılar. Bu cür istehsal nəticəsində əldə edilən məhsul dördsilindrli mühərriklərdə özünü tam doğruldurdu. Bu gün də Çində əksər istehsalçılar məhz bu cür işləyir. Hazırda bazardakı Çin avtomobillərinin də mütləq çoxluğu dördsilindirli benzin mühərriklə təchiz edilib.

Kəsilmə yolu ilə alınan detalın davamlılığı növbəti kimyəvi və termik emaldan çox asılıdır. Bəzən həndəsi dəqiqlik ideal olsa da, fosfatlama dayaz olduğu üçün detal uzunmüddətli istismara yararsız ola bilər.

Müasir vallar isə xrom, manqan, molibden və digər tərkibli ərintilərdən döymə üsulu ilə hazırlanır. İstehsal prosesində min tonlarla zərbə gücünə malik preslər tətbiq edilir. Digər üzul isə çuqundan presizion (yüksək dəqiqlikli) tökmədir. 

Çuqun vallar ucuz başa gəlir, burulma zamanı yaranan titrəyişlərə davamlıdır. Döymə üsulu ilə hazırlanan vallar isə çox sərtdir, lakin baha başa gəlir. 

Dünyada elektromobilə keçid sürətlənsə də, daxiliyanma mühərriklərinin təkmilləşməsi dayanmır. Dirsəkli val, qazpaylama valı, silindrlər bloku kimi detalların konstruksiyası son 100 ildə dəyişməsə də, hazırlanma üsulları təkmilləşdirilir.

Vüqar Yaşaroğlu

Oxunub 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh