Dizel avtomobillərinə sərt QADAĞA

Norveçin paytaxtı Osloda havanın çirklənməsinin artması nəticəsində dizel yanacağı ilə işləyən avtomobillərin sürücülərinə nəqliyyatın hərəkətinin sıx olduğu yollara girmək qadağan edilib. Müəyyən edilib ki, dizel yanacağı ilə işləyən avtomobillər digər nəqliyyat vasitələrilə müqayisədə havanı 10 dəfə çox çirkləndirirmiş.
Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, qüvvəyə minən qadağanın nə qədər davam edəcəyinə tam olaraq qərar verilməyib. Artıq yoxlamalara başlayan yol polisləri avtomobil sahiblərinə qadağa ilə bağlı xəbərdarlıqlar da edib. Qadağanın qüvvəyə minməsindən sonra yola çıxan dizel yanacaqlı avtomobil sürücüləri 1.500 Norveç kronu (290 dollar) cərimə ödəyəcək. Paris, Mexiko, Madrid və Afinada da 2025-ci ilə qədər dizel avtomobillərinin tamamilə qadağan ediləcəyi bildirilir.
Norveç Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, havanın çirklənməsi Osloda hər il 185 körpənin doğuşdan qabaq ölümünə gətirib çıxarır.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












