Dizellə işləyən avtomobillərin ömrünə az qalıb

Bu gün Almaniyanın "Wolkswagen" avtomobil şirkətinin direktorlar şurası önlara qarşı qaldırılmış yeni ittihamları müzakirə etmək üçün toplaşacaq. "Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, "dizelqeyt"in yeni mərhələsi Avropada dizel yanacağı və motorlarından istifadənin sonuna gətirib çıxara bilər.
Qeyd edək ki, 2015-ci ildə başlayan dizel skandalı cəmiyyətin bu yanacaq növünə olan münasibətini dəyişib. Əgər əvvəllər avropalılar ABŞ-da başlayan dizel skandalını müvəqqəti rəqabət problemi kimi görürdülərsə, hazırda onlar dizel yanacağının onların sağlamlıqlarında zərər verdiklərinə inanmağa başlayıblar. Məhz bu səbəbdən ilin ilk yarısında Böyük Britaniyada dizel mühərrikli avtomobillərin satışı 10%, Almaniyada 9%, Fransada isə 7% azalma göstərib. Ajiotaj o qədər böyüyüb ki, dizel problemi siyasi məsələyə çevrilib. Avqust ayında Almaniya siyasətçiləri və avtoimobil şirkətləri nümayəndələrinin Berlində sammit keçirəcəkləri gözlənilir. Xatırladaq ki, hazırda Avropada satılan avtomobillərin yarısından çoxunu dizel mühərrikli avtomobillər təşkil edir. Lakin, avropalılar dizel yanacağının təmiz olması barədə açıqlamaların həqiqətə uyğun olmadığını, bu yanacaq növünün astma və ağciyər xəstəliklərinə səbəb olmasına inanmağa başlayıblar.
Avropalı alıcılar gələcəkdə dizel mühərrikli avtomobillərin hərəkətinə qadağa qoyulacağı təhlükəsi ehtimalı ilə kütləvi şəkildə bu növ nəqliyyat vasitələrinin alışından imtina etməyə başlayıblar. Avropalı avtomobil istehsalçılarının dizelə üstünlük vermələri, onların elektrikli və hibrid avtomobil istehsalına investisiya qoymaq strategiyalarının inkişaf etməsinə mane olub. İndi isə onlar sürətlə bu buraxılan səhvi düəzltmək məcburiyyətindədirlər.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












