Reklam

Doqquz ton artıq yük daşıyan sürücü 600 manat cərimələndi – Reyddən VİDEO

Avtoxəbər 27 Oktyabr 2016 00:18 Oxunub 3056
Doqquz ton artıq yük daşıyan sürücü 600 manat cərimələndi – Reyddən VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Azəravtoyol» və DYP əməkdaşları yükdaşıma qaydalarını pozanlara qarşı reyd keçirib

Bu gün «Azəravtoyol» ASC-nin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yükdaşıma qaydalarını, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan sürücülərə qarşı reyd keçiriblər. Oktyabrın 14-dən başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib edilib, 300-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. DYP əməkdaşları tərəfindən protokollar «Avtomobil yolları haqqında» Qanunun 34-1 və İnzibati Xətalar məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir. Sonra normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yalnız bundan sonra yük maşınlarının hərəkətlərinə davam etmələrinə icazə verilir.

Tələblərin pozulması halları “Azəravtoyol” ASC-nin M-1 Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 67-ci və 84-cü, həmçinin M-2 Baki-Ələt-Gazax-Gürcustan dövlət sərhədi avtomobil yolunun 46-cı və 244-cü km-də fəaliyyət göstərən Tərəzi Nəzarət Məntəqələrində öncədən görən elektron avtomobil tərəziləri vasitəsi ilə aşkarlanır. 

Bugünkü reyddə onlarla avtomobil saxlanılıb, onların çəkisi tərəzidə yoxlanılıb. Mişar daşı daşıyan bir neçə avtomobilin normadan artıq yük daşıdığı üzə çıxıb. Bu səbəbdən də yükün artıq hissəsi boşaldılıb, sürücülərə isə 600 manat məbləğində cərimə yazılıb. Onların arasında yüklə birlikdə 27 ton olması nəzərdə tutulan avtomobilə 36 ton yük vuran sürücü də olub.

«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə real vaxt rejimində Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” ASC-nin texniki vasitələr (elektron tərəzilər) həmin informasiya sisteminə inteqrasiya olunub. Bu üzdən tələbləri pozan və DYP əməkdaşının saxla əmrinə tabe olmayan sürücülərə qarşı onlayn rejimdə elektron protokol tərtib edilir və aidiyyatı üzrə qeydiyyat ünvanlarına göndərilməsi təmin olunur.

Qeyd edək ki, normadan artıq yüklənmiş maşınlar avtomobil yollarına və körpülərə ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir və bu cür hallara qarşı mübarizə tədbirləri “Azəravtoyol” ASC və Baş Dövlət Yol Polisi ilə birlikdə  İnzibadi Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanına əsasən aparılır. 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh