Dövlət ucuz qiymətə "Nissan", "Pajero" və "KİA Rio satacaq - SİYAHI

Avtoxəbər 31 Oktyabr 2017 15:22 Oxunub 13403
Dövlət ucuz qiymətə "Nissan", "Pajero" və "KİA Rio satacaq - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərraca dövlət qurumlarına məxsus 8 nəqliyyat vasitəsi çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərraca 8 nəqliyyat vasitəsi çıxarılacaq. Avtosfer.az xəbər verir ki, Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Prosesdə Nissan Maxima, Mitsubishi Pajero , KİA RİO kimi avtomobillər sahibini axtarır. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 manatla 10 min manat arasında dəyişir. 


Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

 Buraxılış ili

Start qiyməti

(manatla)

 10% beh

(manatla)

1.

Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi

QAZ-270500

1996

1275

2.

Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi

Opel Omeqa

1992

1125

3.

Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi

Doğan-S

1994

900

4.

Azərbaycan Respublikası Baş Prokurorluğu

Nissan Maxima

2006

3330

5.

“Azərsu”ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsi

KAMAZ 4310

1989

3600

6.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

FİAT Doblo

2007

3500

7.

Xaçmaz rayon İcra Hakimiyyəti

Mitsubishi Pajero

2007

10000

8.

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

KİA RİO

2009

5000

 

Azərbaycan Respublikası “Bakı Metropoliteni” QSC

KAMAZ-55102

1994

7000

 

Qeyd:  

1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin  balansında olan  nəqliyyat  vasitələri 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

5-cı sətirdə “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır 

 

Qeyd:     Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)


(tel:566-07-44)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Şamil 1 Noyabr 2017 17:00
070-202-12-58