Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Birləşmiş Ərəb Əmirliklərində ilk uçan avtomobil nümayiş olunub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, paytaxt Dubayın Yol və Nəqliyyat İdarəsi "World Government Summit" forumunda qeyri-adi nəqliyyat vasitəsini tədbir iştirakçılarına nümayış etdirilib. Çinin "Ehang" şirkəti tərəfinddən yaradılmış uçan maşın innovasiyalı və ekoloji nəqliyyat vasitəsidir. O, sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitəsi yol tıxaclarını aradan qaldıracaq. Bu avtomobillərdə sürücülər olmayacaq. Çünki ona həvəskarlar xüsusi eniş və yüksəliş düymələri ilə idarə edə biləcəklər. Maşınların hərəkətinə nəzarət ümumi komanda mərkəzi ilə həyata keçiriləcək və pis hava şəraitində uçuşlar qadağan olunacaq. Dubayda yeni uçuş aparatlarının istismara buraxılması müddəti barədə hələlik məlumat verilmir. Yeni avtomobillərin yaradııcıları onun tam təhlükəsiz olduğunu bildirirlər.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












