Dünya bu gün maşından imtina edir

Bu gün bütün dünyada Ümumdünya Avtomobilsiz Günü kimi qeyd edilir. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu gündə avtomobil (eləcə də motosiklet) sahiblərinə, heç olmasa, bircə gün yanacaqsız nəqliyyat vasitələrindən istifadə etmək təklif olunur. Dünyanın əksər ölkələrində avtomobili olanlar bir günlük ondan imtina edir.
Bu günü qeyd etmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bunu yalnız bir neçə şəhər qeyd edib. Lakin hazırda Avtomobilsiz Gün dünyanın 40-dan çox ölkəsində, 1500-dən artıq şəhərdə qeyd edilir.
Bu gün təkcə xüsusi təyinatlı avtomobillərə aid edilmir. Yanğınsöndürənlər, təcili tibbi yardım, polis və s. xüsusi təyinatlı avtomobillər bu gün öz işlərinə davam edir.
Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar bir sıra ölkə və şəhərlərdə xüsusi tədbirlər təşkil olunur. Həmçinin əksər ölkə vətəndaşları da bu gün könüllü olaraq avtomobildən imtina edir. Lakin çox təəssüf ki, indiyə qədər Azərbaycanda bu gün hansısa formada qeyd edilməyib.
Bu günü ölkəmizdə yalnız “Yaşıl velosipedçilər klubu” qeyd edib. 2 il öncə onlar “Maşınsız bir gün” kampaniyası çərçivəsində Bakı şəhəri daxilində velotur təşkil etmişdilər.
Bu il isə "Həyat" Humanitar Dəstək İctimai Birliyi Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş tədbir keçirəcək.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










