Dünya tarixinin ən bahalı avtomobilləri – FOTO

Avtoxəbər 26 Dekabr 2016 21:00 Oxunub 2579
Dünya tarixinin ən bahalı avtomobilləri – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın ən bahalı avtomobili 1957 Ferrari 250 Testa Rossa 12.402.500 dollara satılıb

Hərraclarda bir çox müxtəlif avtomobillər baha qiymətə alıcısını tapır.

Avtosfer.az bu gün dünya hərraclarında bu günə qədər satılmış ən bahalı avtomobillərin siyahısını təqdim edir.

10. Ferrari 250 LM 1962

Satılıb: 6.979.000 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x405x10.jpg.pagespeed.ic.aCA1_0izPl.jpg

Avtomobil "RM Auctions and Sotheby" sərgisində 2008-ci ilin may ayında satılıb. Avtomobil İtaliyanın "Pininfarina" şirkəti tərəfindən yığılıb. Cəmi 32 nüsxə istehsal edilən Ferrari yarış üçün nəzərdə tutulub. Bu model 1965-ci ildə "Le-Man 24 saat" yarışının qalibi olub.

9. Shelby Cobra Daytona Coupe 1965

Satılıb: 7.250.000 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x405x15749116-1163693050374713-737713602-o.jpg.pagespeed.ic.a62gKETkH7.jpg

"Mecum" hərracında 2011-ci ilin avqust ayında satılıb. Cəmi 6 ədəd istehsal edilib. 60-cı illərdə "FİA GT" yarışlarında iştirak edib.

8. Rolls Royce 10hp 1904

Satılıb: 7.254.290 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x455x15778359-1163693753707976-1916214732-o.jpg.pagespeed.ic.CFvMunfdUr.jpg

"Bonhams" hərracında 2007-ci ilin dekabrında satılıb. İşlək vəziyyətdə olan ən köhnə "Rolls Royce" sayılır. Ötən əsrin əvvəllərində cəmi 17 ədəd istehsal edilib. Avtomobil 1.8 litr həcmli mühərriklə təchiz edilib və 10 at gücü hasil edir.

7. Mercedes-Benz 38/250 SSK 1929

Satılıb: 7.443.070 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x380x15713013-1163694433707908-1356078133-n.jpg.pagespeed.ic.Wuxuoq-m96.jpg

"Bonhams" hərracında 2004-cü ilin sentyabr ayında satılıb. Ferdinand Porşenin üzərində işlədiyi son avtomobil "Mercedes SSK" sayılır. Bu vaxt artıq Porşe öz şirkətini qurmuşdu.

6. Bugatti 57SC Atalante Coupe 1937

Satılıb: 7.920.000 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x417x15748166-1163695833707768-1667312587-o.jpg.pagespeed.ic.HrVfbV-z4C.jpg

"Gooding & Ko" hərracında 2008-ci ilin avqust ayında satılıb. Çox nadir modeldir.

5. Mercedes-Benz 540K Spezial Roadster 1937

Satılıb: 8.252.201 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x458x15725602-1163696223707729-1083159261-o.jpg.pagespeed.ic.YSjs5Uo9Um.jpg

"RM Auctions and Sotheby" hərracında 2007-ci ilin oktyabr ayında satılıb. Formula 1 rəhbəri və iş adamı Berni Ekklstouna məxsus olub.

4. Ferrari 330 TRI / LM 1962

Satılıb: 9.281.250 dolllar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x405x15726148-1163696940374324-1592771863-o.jpg.pagespeed.ic.1250QiVtFc.jpg

"RM Auctions and Sotheby" hərracında 2007-ci ilin may ayında satılıb. Ferrari tarixinin ən vacib modellərindən sayılır. "Le-Man 24 saat" yarışında qələbə qazanmaq məqsədi ilə istehsal edilib.

3. Bugatti Type 41 Royale Kellner

Satılıb: 9.800.000 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x405x15749070-1163697337040951-263640354-o.jpg.pagespeed.ic._8YPhqL7xe.jpg

"Kristi" hərracına 1987-ci ilin noyabr ayında satılıb. Dünyada istehsal edilən beşinci "Royale"dir. Unikal dizayna malikdir.

2. Ferrari 250 GT SWB California Spyder 1961

Satılıb: 10.894.400 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x338x15748267-1163697643707587-1413657137-o.jpg.pagespeed.ic.KUbBmtG-Zr.jpg

Cəmi 55 ədəd istehsal edilib. Bu model aktyor Ceyms Kobernə məxsus olub. ""RM Auctions and Sotheby" hərracında 2008-ci ilin may ayında satılıb.

1. 1957 Ferrari 250 Testa Rossa

Satılıb: 12.402.500 dollar

http://www.olke.az/newsphotosession/2016/12/26/610x343x15750002-1163698190374199-1530814127-n.jpg.pagespeed.ic.7D6gXy878i.jpg

Dünyanın ən bahalı avtomobilidir. 22 ədəd istehsal edilən Testa Rossa modelinin 4-cüsüdür. 2009-cu ilin may ayında satılıb. // ölkə.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh