Dünyada 2 milyon elektrik avtomobili var

2016-cı ildə bütün dünyada elektrik avtomobillərinin sayı 60% artaraq 2 mln. ədədə çatıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) "Qlobal elektrik avtomobili icmalı-2017" adlı hesabatında qeyd edilib. Bildirilib ki, elektrik avtomobillərinin sayının kəskin artması bir sıra ölkələrin ətraf mühiti qorumaqla bağlı siyasət yürütməsi ilə əlaqədardır. Məlum olub ki, elektrik avtomobillərinin sayının artması onlar üçün enerjidoldurma stansiyalarının da sayının artmasına gətirib-çıxarıb. Təkcə 2016-cı ildə dünyada 2,3 mln. enerjidoldurma stansiyası işə başlayıb. IEA 2020-ci ilə qədər elektrik avtomobillərinin sayının 20 mln.-a, 2025-ci ilə qədər isə 70 mln.-a çatacağını proqnozlaşdırır. 2016-cı ildə bu nəqliyyat vasitələrinin satış həcminə görə Çin lider olub. İl ərzində Çində 336 min ədəd elektrik avtomobili satılıb. Həmin rəqəm ABŞ-da 159 min, Norveçdə 50 min təşkil edib. İlk 3-lük qlobal satışın 90%-ni əhatə edib. Elekrtik avtomobillərinin satışına görə ilk 10-luqda 37 912 ədədlə Böyük Britaniya, 29 507 ədədlə Fransa, 24 851 ədədlə Yaponiya, 24 612 ədədlə Almaniya, 24 477 ədədlə Niderland, 13 415 ədədlə İsveç, 11 580 ədədlə Kanada yer alıb.
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












