Dünyanın ən bahalı maşını satışa çıxarıldı - FOTO

Retro avtomobillərin Talacrest adlı Britaniya dileri Ferrarinin nadir modeli olan 1962-ci il istehsalı 250 GTO-nu satışa çıxarıb. Avtosfer.az xəbər verir ki, nadir maşının qiyməti rekord məbləğ - 45 milyon ingilis funtu təşkil edir. Azərbaycan valyutasına çevirəndə 250 GTO-nun qiyməti 95 milyon 390 min AZN edir. Lotun açılış mərasimində bildirilib ki, buraxıldığı il sözügedən idman maşını "Sebrinqlə 12 saat" yarışında dözümlülük nümayiş etdirib. 1963-cü ildə avtomobil 24 saat davam edən Le-Man marafonunda iştirak edib və öz kateqoriyasında birinci olub. Bu idman maşını 300 at gücünədək təkmilləşdirilərək ciddi bir V12 mühərriki ilə təchiz olunub. İlk 100 kilometri o, 6 dəqiqəyə gedib. Qeyd edək ki, indiyə qədər dünyanın ən bahalı avtomobili başqa bir Ferrari 250 GTO olub. Onu naməlum alıcı 52 milyon dollara alıb. (sputnik)
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA













