Dünyanın ən bahalı SÜRÜCÜLÜK VƏSİQƏSİ - 540 min avro

Almaniya millisinin və "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys nəhayət, sürücülük vəsiqəsi alıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, 2014-cü ildə yol hərəkət qaydalarını pozduğuna və sürət həddini aşdığına görə ard-arda cəzalanan alman futbolçunun Hollandiyaya məxsus saxta sürücülük vəsiqəsi işlətdiyi məlum olmuşdu. Bundan sonra 9 min avro məbləğində cəzalanan futbolçu məşqlərə komanda yoldaşlarının maşınında və ya taksiylə gəlirdi. Nəhayət, Roys sürücülük vəsiqəsi alıb. 540 min avro məbləğində cərimə ödəyən alman futbolçu sürücülük vəsiqəsi imtahanına girib. Həm test, həm də sürücülük praktikası imtahanlarından üzüağ çıxan Roys sürücülük vəsiqəsini almağı bacarıb. Alman futbolçu bəlkə də dünyanın ən bahalı sürücülük vəsiqəsinə sahib olub. Roys bu gün komandasının məşqinə öz maşınıyla gəlib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












