Dünyanın ən yeni radarları Azərbaycanda - Hər yerdə izləyir

ABŞ-ın nəqliyyatı intellektual idarəetmə sahəsində ixtisaslaşmış "Wavetronix" şirkəti nəqliyyatın hərəkətini müşahidə etmək üçün yeni radar sistemini təklif edir. Avtosfer.az saytı bildirir ki, bunu Trend-ə 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak etmiş şirkətin Şərqi Avropa ərazisində satışlar üzrə meneceri Ceyk Fillmor deyib. Onun sözlərinə görə, şirkət Azərbaycanda magistral yolarda, şoselərdə, eləcə də şəhər yollarında hərəkəti izləməyə imkan verən müxtəlif radarlar, yol ötürücülərindən istifadə etməyi təklif edir.
C.Fillmor qeyd edib ki, şirkət hər bir avtomobil və zolağın yüklənməsi barədə məlumat almağa imkan verən "SmartSensor HD" yol ötürücüləri təklif edir. O əlavə edib ki, digər "SmartSensor Matrix" ötürücüsü siqnal idarəetmə sistemlərində və yol hərəkətinə nəzarət üzrə digər metodlarda istifadə olunur: "Bu ötürücü nəqliyyat vasitələrinin dəqiq sayını müəyyənləşdirməyə imkan verir, hətta proqnozlar və hesabatlar təqdim edir".
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










