Dünyanın ikitəkərli avtomobilləri - Heç yerdə görmədiyiniz 5 LAYİHƏ

Dünya avtomobil istehsalçıları ikitəkərli maşın layihələri üzərində də işləyiblər. Bu avtomobillərin seriya istehsalı olmasa da, təcrübə məqsədi ilə 100 il ərzində cəmi 5 nüsxə istehsal edilib. Avtosfer.az "ölkə.az"-a istinadən bu layihələrlə tanış edir.
Wolseley Gyrocar - 1913-cü il

Dünya tarixində ilk girokar (ikitəkərli avtomobil) Britaniyanın "Wolseley" zavodunda yığılıb. Layihə rus qrafı, ixtiraçı Pyotr Pyotroviç Şilovskiyə məxsusdur. 1913-cü ildə layihəyə start verilir. 6 kq-lıq nazim çarx bir metr diametri, 12 sm qalınlığı olan disk idi. 2750 kq çəkisi olan avtomobilin sınaqları uğurlu keçir. Təəssüflər olsun ki, I dünya müharibəsi ərəfəsində texnologiya almanlara qismət olmasın deyə, maşını torpağa basdırırlar. 1938-ci ildə torpağın altından çıxarıb, təmir edib muzeyə verirlər.
Brennan Gyrocar - 1929-cu il

İkitəkərli avtomobil istehsalı üçün ikinci cəhddir. Bu dəfə ixtiraçı, giro nəqliyyatın pioneri Luis Brennan qollarını çirmələyir. Brennan ixtirasını "Austin," "Morris" və "Rover" şirkətlərinə təqdim edir. Amma şirkətlər ikitəkərli avtomobil ilə maraqlanmırlar. 1932-ci ildə 79 yaşlı ixtiraçı həlak olur. Onun layihəsi başa çatmır.
Ford Gyron - 1961-ci il

Bu futuristik konsept layihə əsl girokar deyildi. Bu avtomobildə nazim çarx üçün yer də nəzərdə tutulmayıb. Amma 1960-cı illərin əvvəli üçün dizayn cəhətdən əla idi. Konsept günümüzə qədər gəlib çatmayıb.
Gyro-X - 1

Luis Suinni "Gyro Transport Systems" şirkətinin banisi və birnəfərlik girokarın ixtiraçısıdır. Dizaynla Aleks Trimulis məşğul olub. Girosistem üzərində isə mühəndis Tomas Sammers işləyib. Avtomobilin çəkisi 839 kq idi. Maksimal sürəti 201 km/saat idi. Mühərrik 80 at gücü hasil edirdi. 2008-ci ildə avtomobili kolleksioner Con Uindzorun qarajında tapdılar. Sonradan isə təmir edib muzeyə verdilər.
LitMotors C-1 - 2010-cu il

ABŞ-ın "LitMotors" şirkəti girokarların seriya istehsalına cəhd edib. 2010-cu ildə 3D modeli təqdim edildi. 2012-ci ildə isə ilk prototip işıq üzü gördü. Hazırda prototip üzərində işlər gedir.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










