Düşmən Azərbaycanın mineral ehtiyatlarını bazarlara çıxarıb - RƏSMİ

“Azərbaycanın işğal altında olan ərazilərində zəngin mineral resurslar talan edilib”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, həmin mineral resurslar üçüncü ölkələrin bazarlarına çıxarılıb:
“Əldə edilən qazanclar digər məqsədlər üçün istifadə edilib. Mineral yataqlar sırasında Azərbaycanın qızıl, gümüş, mis və digər ehtiyatları var ki, xarici ölkələrin vətəndaşları, fiziki və hüquqi şəxslər cəlb edilməklə qanunsuz əməllər həyata keçirilib”.
“Təəssüflə qeyd edirik ki, bu qanunsuz iqtisadi əməllər nəticəsində qazanılan maliyyə resusları Ermənistana və onlar vasitəsilə digər ölkələrin bank hesablarına köçürülüb”.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə infrastrukturun dəyişdirilməsi və yeni infrastruktur obyektlərinin yaradılması, həmçinin, ərazilərimizdən turizm məqsədi ilə istifadə edilməsi kimi cəhdlər həyata keçirilib.
Bunları edən şəxslərə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri açılıb. Bunun üçün zəruri addımların atılması üçün digər tərəfdaş dövlətlərə müraciət olunub”, - deyə H.Hacıyev qeyd edib.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










