Düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin sayı açıqlandı - SİYAHI - FOTO

Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikasına dair məlumat yayıb.
Məlumata görə, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Goranboy üzrə yeddi nəfər həlak olub, 10 nəfər yaralanıb.
27 sentyabr 2020-ci ildə, saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (beş nəfər) tamamilə məhv olub.
Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Bərdə üzrə iki nəfər həlak olub, 12 nəfər yaralanıb.
Beyləqan üzrə iki nəfər həlak olub, iki nəfər yaralanıb.
Ağcabədi üzrə bir nəfər həlak olub, 19 nəfər yaralanıb.
Füzuli üzrə üç nəfər həlak olub, 17 nəfər yaralanıb.
Ağdam üzrə yeddi nəfər həlak olub, 40 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Mingəçevir üzrə beş nəfər yaralanıb.
Daşkəsən üzrə bir nəfər yaralanıb.
Cəbrayıl üzrə bir nəfər yaralanıb.
Xocalı üzrə bir nəfər yaralanıb.
Qəbələ üzrə bir nəfər yaralanıb.
Ümumilikdə 27 sentyabr 2020-ci ildən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










