Düşmənin tərk etdiyi minaatan batareyası və döyüş postları - VİDEO

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan silahlı qüvvələrinin birləşmələri bir zamanlar qəsb etdikləri ərazilərin hər yerində özlərindən sonra rüsvayçı izlər qoyublar.
Avtosfer.az "Report"un məlumatına istinadla xəbər verir ki, Ermənistanın işğalından azad edilmiş Füzuli ərazisində olan çəkiliş qrupu burada bir müddət öncə düşmənə məxsus olmuş minaatan batareyasında erməni əsgərlərinin qoyub qaçdığı silah-sursatı və hərbi əşyaları, konservləşdirilmiş qida məhsullarını, həmçinin onların xidmət etdiyi məntəqənin necə şəraitdə olduğunu videokameranın yaddaşına həkk edib.
Azərbaycan Ordusunun düşmənin təxribatına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş texnikalarını, silah-sursatlarını və hətta bəzi şəxsi əşyalarını da burada qoyaraq, döyüş postlarından qaçıblar.
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO










