Düşünmə gücü ilə avtomobil sürmək mümkün olacaq - VİDEO

Tamamilə avtonom işləyən avtomobillər hələ kütləvi hal almasa da, bir çox texnologiya şirkətləri yarı avtomat sistemlərin hazırlanması ilə məşğul olur. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, Yaponiyanın “Nissan” avtomobil istehsalçısı belə sistem təqdim edib. Yeni texnologiya avtomobil sürücüsünün fikrini oxuyaraq öncədən bu əməliyyatı yerinə yetirəcək. Sistem “Brain-to-Vehicle” və ya “B2V” adlandırılıb. Hazırda “Nissan” şirkəti tərəfindən hazırlanmış sistemin prototipi öz işi üçün sürücünün elektrodlarla təchiz edilmiş xüsusi şlem taxmasını tələb edir. Bu baş geyimi insanın beyin qabığının aktivliyini ölçə və onu deşifr edə bilər. Məlumata görə, sistem avtomobil sürücüsünün edə biləcəyi qəfil hərəkətlər haqda öncədən məlumatlı olur. Məsələn, sükan çarxının kəskin döngəsi və ya əyləcə sıxma kimi. Sistem avtomobil sürücüsünün fikrini dəqiq müəyyənləşdirən kimi özü bu hərəkəti yerinə yetirir. “Nissan” şirkətinin məlumatına görə, yeni texnologiya sürücüdən 0,2-0,5 saniyə daha sürətlidir.
“B2V” sistemi gələn həftə Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində nümayiş etdiriləcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












