"Düşünmürəm ki, ermənilər rayonları asan və sakit təhvil verəcəklər" - Polkovnik

"Sənəd (Ermənistanın kapitulyasyasını təsdiq edən üçtərəfli olaraq imzalanmış 10 noyabr sənədi) var, sənədə uyğun olaraq tərəflərin öhdəlikləri var və o öhdəlikləri yerinə yetirməyə təzə başlayıblar".
Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, dekabrın 1-ə kimi bütün rayonlar təhvil verilməlidir:
"Kəlbəcərin fonunda biz görürürk ki, ərazinin təhvil verilməsi ilə bağlı qeyd edilən müddəti 10 gün uzadıblar. Bu da təbii bir haldır. Çünki heç bir hesablama aparılmayıb. Yəni, o yolların imkanlarına görə oradan çıxa biləcək axının və maşınların sayını nəzərə almaq lazımdır. Əsas, sənəd var. Bu sənətdə bizim ərazi bütövlüyümüz bərpa olunub. Əsas, sənəddə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı qarşılarında müəyyən bir öhdəlik var. Mən düşünmürəm ki, bu proses o qədər də asan və sakit keçəcək. Düşünürəm ki, hələ dəqiqləşdirilməli və razılaşdırılmalı məsələlər hələ qabaqdadır. İş davam etdikcə bu əsas sənədin ətrafında müəyyən proseslərə müəyyən bir düzəlişlər ediləcək.
Ermənistan artıq bu sənədə qol çəkib
Təbii ki, gec-tez bu məsələlər öz həllini tapacaqlar. Çünki burada Rusiya kimi böyük bir dövlət, digər tərəfdən Türkiyə monitorinq qrupunun üzvü kimi, digər tərəfdən də Azərbaycan və Ermənistan artıq bu sənədə qol çəkib və bu sənədin icrası gedir. Azərbaycan tərəfi öhdəliyi tam şəkildə və vaxtında yerinə yetirə biləcək. Çünki Azərbaycanda bütün proseslər idarə olunur və dövlət qurumları hamısı tam hazır vəziyyətdədirlər. Ancaq Ermənistan haqqında bunu demək olmaz. Çünki orada hakimiyyət demək olar ki, yoxdur. Ona görə də bunların hamısını nəzərə alaraq müəyyən bir vaxt tələb olunacaq ki, sənəddəki müddəalar hamısı öz yerini tutsun. O da işin gedişinə bağlıdır. Hər halda müddətlə bağlı indi heç bir dəyişiklik yoxdur. Son qərara görə dekabrın 1-ə kimi bütün rayonlar təhvil verilməlidir.
Hələ çox şeylər ortaya çıxacaq
Bu sənəd ümumi bir sənəddir. Hər şeyi nəzərə almaq olmur. O sənəd tərtib olunanda prosesin bu formada cərəyan edəcəyini ola bilsin, biz gözləmirdik ki, ermənilər əraziləri təhvil verərkən hansı təxribatları törədəcəklər. Ancaq ola bilsin ki, bu yaranmış vəziyyətə görə prosesə hansısa bir müdaxilələr olsun və ermənilərin təxribatlarının (evləri yandırmaq, meşələri qırmaq) qarşısını müəyyən bir şəkildə almaq istəyəcəklər. Ola bilsin ki, hanısa beynəlxalaq qurumlar, müvafiq təşkilatlar ermənilərin təxribatlarının qarşısını almaq üçün hansısa tədbirlər görmək üçün məsələyə cəlb edilsin. Ona görə də dediyim kimi, hələ çox şeylər ortaya çıxacaq ki, hansına ki, reaksiya vermək lazımdır.
Bu, sülhməramlı qüvvələrə əlavə bir tapşırıq kimi verilə bilər
Əgər Kəlbəcərin təhvil verilməsi prosesi 10 gün uzadılmışdısa, bu 10 günün içində bəzi məsələlər öz əksini tapmalı idi, o cümlədən də ermənilərin vandalizm aktının qabağını almaq mexanizmi düşünülməli idi. Hər halda bununla bağlı müyyən bir qərarlar qəbul olunacaq və erməni vandalizminin qarşısını almaq üçün müəyyən müxanizmlər tətbiq ediləcək. Ola bilsin ki, bu sülhməramlı qüvvələrə əlavə hanısa bir tapşırıq kimi veriləcək. Sadəcə mən burada problemi nədə görürüəm?! Sülhməramlı qüvvələr hələ tam şəkildə dediyi sayda gəlib orada yerləşməyiblər. Ona görə də ola bilsin ki, bütün nəzarət mexanizmi prosesə hələlik tam qoşula bilmir, çatdıra bilmirlər. Sülhməramlı qüvvələr o ərazilərdə tam yerləşdikcə qarşılarına qoyulan vəzifələri daha məqsədyönlü yerinə yetirə biləcəklər".
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












