Duzlu su ilə işləyən maşın - VİDEO

Quant e-Sportlimousine – yanacaq olaraq duzlu su işlədən çox güclü bir idman avtomobilidir. Maraqlısı isə odur ki bu yaxınlarda bu maşın Avropa yollarında sürülmək üçün sertifikatlaşdırılıb. Bu isə özü-özlüyündə artıq dünya neft şirkətləri üçün neft erasının bitməsi barədə bir işarədir. Avtosfer.az maraqli.info-ya istinadən xəbər verir ki, benzinlə işləyən ənənəvi avtomobillərdən fərqli olaraq Quant e-Sportlimousine NanoFlowcell şirkəti tərəfindən hazırlanmış axın elektrolit elementlərdən istifadə edir. Bu elementlər heyrətləndirici 920 at gücü (680 kilovatt) vermək qabiliyyətinə malikdir. Nəticə olaraq duzlu su ilə işləyən bu super-maşın yerindən 100 kms sürəti 2.8 saniyəyə yığır və maksimal 350 kms sürətə çata bilir. Е-Sportlimousine avtomobilinin istehsalçısı Almaniyanın Quant şirkətidir. Axın elektrolit elementlər texnologiyası artıq bir neçə onilliklərdir ki mövcuddur, amma yalnız son zamanlarda avtomobil istehsalçıları bu texnologiya ilə hərəkət edə bilən maşınların istehsalı üçün icazə ala bilmişlər. Bu alternativ enerji texnologiyası benzin mühərrikli avtomobilləri köhnəlmiş edir, çünki həm daha effektiv və ekoloji baxımdan təmizdir.
Sistemin effektivliyi 80 faizə qədər yüksəlir, çünki belə sistemli maşınlarda demək olar ki hərəkət edən hissələr olmur və yaranan artıq istilik litium-ion batareyalı avtomobillərlə müqayisədə çox cüzidir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












