DYP Azərbaycanda yol qəzalarının əsas səbəblərini açıqladı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin səbəblərini açıqlayıb. Avtosfer.az-ın məlumatına görə, ötən 8 ay ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil etmiş, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və yeniyetmə həlak olub, 124 nəfər yaralanıb.
Qeyd edək ki, ötən ilin 8 ayı ərzində Azərbaycanda 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə 490 nəfər həlak olub, 1409 nəfər yaralanıb.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












