DYP-dən sürücülərə növbəti xəbərdarlıq - Noyabrın 1-dək... - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilmiş qrafikə uyğun qaydada texniki baxışdan keçməlidir. Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib: "Bu növ avtomobil sahibləri olan hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edilir ki, nəqliyyat vasitələrini noyabrın 1-dək texniki baxışdan keçirsinlər. Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Dövlət Yol Polisi hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır və bildirir ki, Diaqnostika Mərkəzində növbə yaranmaması üçün əvvəlcədən avtomobil təsərrüfatı olan müəssisələr təsdiq edilmiş qrafikə uyğun olaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini təmin etsinlər".
Qeyd edək ki, Diaqnostika Mərkəzi bayram günləri də daxil olmaqla səhər saat 9.00-dan axşam saat 18.00-dək fasiləsiz fəaliyyət göstərir. Texniki baxışdan keçərkən avtomobilin əyləc sistemi, sükan idarəetmə mexanizmi, işıq sistemi, mühərrikin iş prinsipi, şüşəsilənlər və qanunla nəzərdə tutulmuş digər göstəricilər yoxlanılır.
Elmin
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












