Ekspert utilizasiya ilə bağlı qərarı ŞƏRH ETDİ - Nə qədər pul veriləcək? - VİDEO

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Baş Nazir Əli Əsədov tərəfindən Azərbaycanda utilizasiya ilə bağlı imzalanan qərarı şərh edib.
O, sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib ki, qərarda əvvəldən gözlənilən bəzi məqamlar öz əksini tapıb: “Ölkəyə gətirilən nəqliyyat vasitələri üçün ili 4 ildən 7 ilə qədər olan nəqliyyat vasitələrinə görə rüsum 400 manat, 7 ildən 10 ilədək isə 700 manat məbləğində olacaq. Texniki baxış zamanı sürücüər idarə etdiyi nəqliyyat vasitələsinin istismar dövrünə görə rüsum ödəyəcək. Belə ki, nəqliyyat vasitəsinin istismar müddəti 4 ildən 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 20 ildən 30 ilədək olanlarda 30 AZN və 30 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı nəzərdə tutulub. Sözsüz ki, ölkəyə gətirilən avtomobillərə görə utilizasiya haqqı nəzərdə tutulduğu üçün avtomobil bazarında qiymət artımı da baş verə bilər”.
Elməddin Muradlı qeyd edib ki, minik avtomobilləri üçün 1500 manat güzəştli məbləğin nəzərdə tutulması bir çoxlarını qane etməyəcək: “Çünki bəzi işbazlar bu işdən pul qazanmaq istəsə də həyatı dolanışığı avtomobildən asılı olan insanlarda var ki, onları nəzərə almaq olar. Hətta onlara fərdi qaydada xaricdən avtomobil gətirərmək icazəsi verilə bilər ki, bu zaman gömrük və vergi ödənişlərindən azad olur. Avtomobil onun üçün daha ucuz başa gəlir. Çünki yerli Avtomobillərin keyfiyyəti o qədər də cəlb edici deyil. Məsələ burasındadır ki, 1500 manat güzəştli məbləğ yalnız yerli istehsal avtomobil alarkən nəzərdə tutulur. Əgər vətəndaş pu pulu nağd şəkildə tələb etsə o zaman ona həmin məbləğin 70 faizi, yəni 1050 manat veriləcək. Yük avtomobili və sərnişin avtobusları üçün eləcə də daha iri qabaritli avtomobillər üçün isə 2000-3000 manat vəsait nəzərdə tutulur. Bu da müəyyən edilmiş qanunla tənzimlənir”.
Ekspert vurğulayıb ki, sözsüz bu prosesin həyata keçirilməsi Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə eləcə də ətraf mühitin çirklənməsinin qarşısını alınmasına doğru atılmış bir adımdır: “Vətəndaşları bu proses də fəal iştirak etməyə çağırırıq. Eyni zamanda cərimə meydançasında illərdir qalan avtomobillərin sahiblərini də aidiyyəti üzrə müraciət edib, avtomobili utilizasiya prosesinə cəlb etməyə və ya ondan imtina barədə ərizə yazmağa dəvət edirik. Çünki onların icazəsi olmadan həmin maşınlar yerindən tərpədilə bilməz. Hər bir halda vətəndaş ya imtina etməli ya da avtomobili utilizasiya prosesinə cəlb etməlidir”.
Məhəbbət Tərlanoğlu
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










