Eldar Mahmudovun iki avtosalonuna gecə “basqın”ı

Babək prospekti 74 ünvanında yerləşən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus “Maserati” maşın salonu bağlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə cebhe.info-nun əldə etdiyi məlumata görə, dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.
Əslində isə, vergi əməkdaşlarının avtosalonu nəzarətə götürmələri salonun bağlanması məqsədi daşıyıb. Bundan bir müddət əvvəl sözügedən salonda əməkdaşların bir qismi ixtisar edilib.
Digər bir məlumata görə isə keçmiş nazirin Sədərək yolunun üstündə yerləşən “Jaguar” avtomobil salonunu da bağlanır. Hətta salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb.
Salonun artıq fəaliyyət göstərməyəcəyi də bildirilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












