Eldar Mahmudovun oğlunun bütün avtosalonları bağlanır - FOTO

Bakıda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna məxsus "Crystal Motors" şirkətinin avtomobil salonları bağlanıb. Avtosfer.az virtualaz. org-a istinadən bildirir ki, Babək prospekti, 74 ünvanında yerləşən, "Maserati", "Jaguar" və "Range Rover" avtomobillərinin satıldığı salon ötən həftənin şənbə günündən etibarən bağlıdır. Əməkdaşımız salona baş çəkib, qapıların bağlı olduğunu görüb. Ancaq içəridə bir neçə avtomobil hələ qalır. Yaxınlıqdakı avtotəmir məntəqəsinin əməkdaşları mağazanın ötən həftənin şənbə günündən işləmədiyini bildiriblər. Digər məlumata görə, dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.
"Crystal Motors"un "Sədərək" yarmarkasına gedən yolun kənarında yerləşən "Jaguar" avtomobil salonu da işləmir. Musavat.com xəbər verir ki, salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb. "Crystal Motors" keçmiş milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudovun "Crystal Holding" şirkətlər qrupunun tərkibindədir. E.Mahmudovun işdən çıxarılmasından sonra onun oğlunun şirkətlərinin də fəaliyyəti məhdudlaşıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














