Elektrik avtomobilləri əldə etmək daha əlçatan olacaq - FOTO - VİDEO

"Mercedes-Benz"in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan” elektrikli avtomobillərin əldə olunmasını daha əlçatan və rahat edən eksklüziv proqramın başladığını elan edib.
Bu barədə Avtosfer.az-a "Mercedes-Benz"in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan”dan məlumat verilib. Məlumatda qeyd olunur ki, indi "Mercedes-Benz"in innovativ elektrikli avtomobilinə sahib olmaq daha asanddır:
İlkin mərhələdə yalnız dəyərinin 50%-ni ödəməklə. Əlavə olaraq, "Mercedes-Benz" tərəfindən avtomobiliniz 3 il müddətinə tam sığorta ilə təmin edilir. Qalan məbləğ isə faizsiz və əlavə ödənişsiz olmaqla 3 il ərzində bərabər hissələrlə ödənilir.
Bu təklif Azərbaycandakı rəsmi dilerlərin ehtiyatında olan bütün "Mercedes-Benz" elektrikli avtomobil modellərinə şamil olunur.
Proqramın üstünlükləri:
* Avtomobilin dəyərinin yalnız 50%-ni ilkin ödəniş kimi ödəmək imkanı
* Qalan məbləğ üçün 36 ayadək faizsiz hissə-hissə ödəniş
* 0% illik — əlavə ödənişsiz
* "Mercedes-Benz"in rəsmi sığortası ilə təminat
“Biz gələcəyin texnologiyalarını bu gündən daha əlçatan etməyə çalışırıq. Bu kampaniya sayəsində müştərilər "Mercedes-Benz" elektrikli avtomobillərinin təqdim etdiyi rahatlıq, innovasiya və ekoloji qayğı kimi üstünlükləri heç bir maliyyə baryeri olmadan yaşaya biləcəklər”, — deyə distribyutor şirkətin rəhbərliyi qeyd edib.
Proqramın şərtləri məhdud müddət üçün keçərlidir.
Ətraflı məlumat və test-sürüşü üçün mercedes-benz.com.az saytına daxil olun və ya dilerlərə zəng edin:
Abşeron Avtomobil Mərkəzi
*8885
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi












