Elektrikdoldurma məntəqələrinin insan səhhətinə təhlükəsi üzə çıxdı – NECƏ QORUNMALI?

Elektromobilin ətraf mühit, xüsusən də iri şəhərlər üçün əlverişli olduğu artıq aksiomdur. Lakin, elektrikdoldurma məntəqələri barədə bunu tam əminliklə demək mümkün deyil.
Avtosfer.az xəbər verir ki, Los-Anceles Universitetinin əməkdaşlarının apardığı tədqiqat bu məntəqələrdə nanozərrəciklərin, yəni xırda toz zərrəciklərinin normadan çox olduğunu üzə çıxarıb.
Hesablama göstərib ki, doldurma qurğularının ətrafındakı hər kub metr havada tozun miqdarı 7-39 mikroqram arasında dəyişir. Şəhərdə orta göstərici 8 mikroqramdır. Yanacaqdoldurma məntəqələrində maksimum hədd 12-ni keçmədiyi halda doldurma qurğusunun ətrafında 200 mikroqrama çata bilir!
Professor Maykl Cerret iddia edir ki, zərrəciklər çox kiçik olduğu üçün ağciyərlərin ən aşağı hissəsinədək enə və alveollardan qana daxil ola bilər. Bu da sağlam adamlarda ağciyər və ürək-damar xəstəlikləri yarada, xəstə insanların isə vəziyyətini ağırlaşdıra bilər.
Nanozərrəciklərin yaranma səbəbi doldurma qurğularındakı güclü ventilyatorlardır. Onlar qurğunu soyutmaq üçün hava ilə birgə yerdəki tozu da götürür. Şiddətli üfürmə zamanı toz daha kiçik hissələrə parçalanır. Yayda vəziyyət daha riskli olur.
Alimlər qorunmaq üçün sadə yol təklif ediblər: elektromobili qurğuya qoşduqdan sonra ərazidən uzaqlaşmaq, ya da maşının içində pəncərələr bağlı halda gözləmək. Çünki, qurğudan cəmi bir neçə metr aralıda toz səviyyəsi normallaşır.
Tədqiqatın həm müəllifi professor Yifanq Zu bildirir ki, problemin ən sadə həll yolu doldurma qurğularını toztutan filtrlərlə təchiz etməkdir.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












