Elektrikli avtomobillər benzinlə işləyənlərdən DAHA TOKSİKDİR: Araşdırmalar başlandı - FOTO

Alimlər elektrik avtomobillərinin əvvəllər düşünüldüyü kimi ekoloji cəhətdən təmiz olmadığına dair sübutlar tapıblar. Müəlliflər onların benzin mühərrikli avtomobillərdən daha zəhərli olduğunu iddia edirlər.
Mütəxəssislər bunu elektromobillərin benzinlə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə ağır olması ilə izah ediblər: Maşınların çəkisi təkərlərə və əyləclərə daha çox təzyiq edərək, onların daha tez köhnəlməsinə səbəb olur, nəticədə daha çox hissəciklər və ya mikroplastiklər buraxırlar. Bu hissəciklərlə tənəffüs etmək sağlamlıq problemlərinə səbəb ola bilər.
Müəlliflərin sözlərinə görə, təkər və əyləc tullantıları, emissiyaları azaldan filtrlərlə təchiz edilmiş müasir səsboğucu borularından 1850 dəfə çox hissəciklər buraxır.
Nəzəriyyəyə qarşı çıxanlar isə bildiriblər ki, elektrik avtomobilləri generator kimi fəaliyyət göstərən regenerativ əyləc sistemləri ilə təchiz olunub - avtomobilin diapazonunu artırmaq üçün enerjini avtomobilin elektrik sisteminə geri qaytarır. Qeyd olunub ki, bu sistemlər əyləcləri qorumağa kömək edir və buna görə də onlar daha yavaş köhnəlirlər.
Bununla belə ABŞ Ətraf Mühit Agentliyi (EPA) məsələ ilə bağlı öz araşdırmasına başlayıb.
(Oxu.az)
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










