“Elektrikli avtomobillərin şarj problemi aktuallığını qoruyur” - Ekspert - FOTO

Dünyada ekoloji təmiz avtomobillərin istehsalı tendensiyası davam edir. Azərbaycanda da elektrikli avtomobillərin sayı hər ötən gün daha da çoxalır. Xüsusilə, istismar müddəti 10 ili keçmiş köhnə avtomobillərin ölkəyə idxalının qadağası qərarı qüvvəyə minəndən sonra istehlakçıların bu tip avtomobillərə marağı daha da artacaq.
Elektrikli avtomobil istifadəçilərini maraqlandıran əsas məqam isə ölkəmizdə bu avtomobillərin şarj infrastrukturunun hansı səviyyədə olması ilə bağlıdır. Sürücülər istənilən yerdə avtomobillərini rahatlıqla şarj edə bilirlər?
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, Azərbaycanda elektrik avtomobillərə marağın get-gedə artmasının səbəbi yanacağın qiymətinin bahalaşmasıdır.
Onun sözlərinə görə, yanacağın keyfiyyətinin aşağı düşməsi məsələsi də burada rol oynayır:
“Yanacağın tərkibinə müxtəlif qatqılar qata bilirlər ki, bu da onun keyfiyyətinə təsir göstərir. Amma, elektrik enerjisinə hər hansı bir təsir mümkün deyil. Burada həm də qənaət və komfort məsələsi var, bu da insanların bu növ avtomobillərə daha da marağını artırır. Sadəcə olaraq Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Yol hərəkəti təhlükəsinə dair Dövlət Proqramı”nda nəzərdə tutulan işlər tam icra olunmadığına görə, elektrik avtomobillər üçün şarj olunma məntəqələri, elektrikdoldurma məntəqələri xeyli azdır. Cüzi bir say göstərmək olar, ancaq bu, belə olmalı deyil”.
Ekspert hesab edir ki, burada benzin mafiyasının müəyyən qədər marağı var:
“Yanacaq mafiyası, necə ki, dünyada hegemonluq edir. Neçə illər əvvəl elektrikli avtomobillərinin layihəsi hazır olsa da, benzin mafiyası bu layihənin üzə çıxmasının qarşısını alıb. Yanacaqdoldurma məntəqələrinin ərazisində kifayət qədər yerlər var. Bu yerlərdə elektrikdoldurma stansiyaları yaratmaq lazımdır, bunun üçün tapşırıq və göstəriş olmalıdır. Bu istiqamətdə işlər görülsə, müəyyən dəyişikliklər baş verəcək. Əks halda istifadəçilər rahatlıqla şarj məntəqəsi tapa bilməyəcək”.
E. Muradlı qeyd edib ki, insanlar elektrik avtomobillərini adətən Bakıda və yaxud mərkəz şəhərlərdə, rayonlarda sürmək üçün alırlar, amma bölgələrə, kəndlərə, turistik zonalara gedəndə isə problem yaranır.

“Əksinə, elə kəndlərdən, bölgələrdən, turizm zonalarından başlamaq lazımdır ki, insanlar rahat şəkildə bu avtomobillərlə səyahət etsinlər. Eyni zamanda turizm bölgələrində avtomobillərin ixrac etdiyi zəhərli qazlar insanları boğmasın. Böyük layihələr işləmək lazımdır. İnsanları stimullaşdırmışıq, təbliğat aparmışıq, maraq yaranıb və artıq bu növ avtomobilləri alırlar. Bəs bunların gələcəkdə servis xidməti, usta personalı, elektrikdoldurma yerləri barədə nə düşünülür? Bu sualın cavabı hələ də açıqdır”.
(Operativ Media)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










