Elektromobil alaq, ancaq harada şarj edək? - VİDEO

Azərbaycana gətirilən elektomobillərin sayı kəskin artmaqdadır.
Avtosfer.az məlumat verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, bu ilin yanvar-fevral aylarında elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,9 dəfə çoxalıb.
Ancaq elektromobillərin sayı sürətlə artsa da, elektrik yükləmə məntəqləri hələ də azlıq təşkil edir. Nəzərə alsaq ki, bu nəqliyyat vasitələrini elektriklə yükləmək uzun vaxt aparır və problemin nə qədər ciddi olduğunu təsəvvür edə bilərik.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırda ölkə ərazisində ümimilikdə 40 məntəqədə elektrik yükləmə cihazları quraşdırılıb. Bunun da əksəriyyəti paytaxt ərazisinə düşür.
Ekspertin fikrincə, elektomobillərlə yanaşı elektrik yükləmə cihazlarının da gömrük rüsumundan tam azad edilməsi problemin həllinə kömək edər.
Avtomobilə yazılan cərimələrlə bağlı YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO










