Elektromobillər ənənəvi avtomobillərdən daha zərərlidir – ARAŞDIRMANIN NƏTİCƏSİ

Elektromobillərin ənənəvi avtomobillərdən daha zərərli olduğu müəyyən edilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bunu Oklend Universiteti (Yeni Zelandiya) və Şiamen Universiteti (Çin) beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar göstərib. Araşdırmanın nəticələri "Energy" elmi jurnalında dərc edilib.
Komanda son 15 il ərzində 26 ölkədən məlumatları təhlil edib. Bu zaman nəqliyyat vasitələrinin istehsaldan utilizasiyaya qədər tam dövrü nəzərə alınıb. Nəticədə geniş yayılmış fikrin əksinə olaraq, elektromobillərə keçidin iqlim dəyişikliyinin əsas faktoru olan qlobal karbon dioksid emissiyalarının azalmasına səbəb olmadığı aşkar edilib.
Bundan əlavə, elektrik enerjisinin əsasən kömür və neftdən istehsal olunduğu ölkələrdə elektromobillərin daxiliyanma mühərrikli ənənəvi avtomobillərdən daha zərərli ola bilər.
Alimlərin hesablamalarına görə, real ekoloji təsirə nail olmaq üçün enerji sistemində bərpa olunan enerji mənbələrinin payı ən azı 48%-ə çatmalıdır, halbuki hazırda bu göstərici dünya miqyasında təxminən 30% təşkil edir.
"Bizim təhlilimiz göstərir ki, elektromobillərin ekoloji üstünlükləri tamamilə ölkənin elektrik enerjisi istehsalı strukturundan asılıdır", - deyə tədqiqatın həmmüəllifi Stiven Poletti izah edib.
Bu iş nəqliyyatın elektrifikasiyasına üstünlük verən bir çox dövlətin mövcud iqlim strategiyalarının effektivliyini sual altına qoyur. Alimlər təkcə elektromobillərin təşviqini deyil, həm də bərpa olunan enerji mənbələrinin sürətli inkişafını, enerji səmərəliliyinin artırılmasını və iqtisadiyyatın dekarbonizasiyası üzrə digər tədbirləri əhatə edən kompleks yanaşmanın zəruriliyini vurğulayırlar.
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO










