Elektron sənədləşdirmədə sürücüləri çaşdıran məqam yaranıb – VİDEO

Qayda pozuntuları ilə bağlı elektron sənədləşdirmədə sürücüləri çaşdıran məqam yaranıb. Çaşqınlıq elektron hökumət portalında cərimə balının və məbləğinin göstərilməsinə rəğmən, statusunun qərarsız yazılmasıdır. Qayda pozuntusu ilə bağlı sürücünün ünvanına göndərilən məktub sürücünün etirazı olmasa, 10 gündən sonra avtomatik qərara çevrilir və qüvvəyə minir. Cəriməni də məhz ondan sonra ödəmək mümkün olur. Belə halla üzləşən sürücülər mütəmadi olaraq elektron kabinetlərini yoxlamalıdırlar. Qərarsız statusu dəyişərsə, cəriməni yalnız o zaman ödəmək mümkün olacaq. Ödəniş etməməyə görə faizlər də yalnız bundan sonra əsas borcun üzərinə gələ bilər. Elektron hökumət portalında statusun qərarsız göstərilməsi yeni İnzibati Xətalar Məcəlləsinin sürücülərə verdiyi güzəştdən bəhrələnmək imkanı vermir.
Ekspertin sözlərinə görə, qayda pozuntuları ilə bağlı əməliyyatlar, yəni protokolun tərtibindən cərimənin ödənilməsinə qədər hər şey ardıcıllıqla elektron qaydada dərhal sənədləşdirilməlidir. Cərimələrin əks edildiyi sistemlə ödəniş sistemləri arasında inteqrasiyada problemlər olduğundan belə çaşqınlıq əmələ gəlir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










