Ən az yanacaq sərf edən 10 avtomobil - FOTO

Adətən insanlar avtomobil alanda ən çox fikir verdikləri məqamlardan biri də onun yanacaq sərfiyyatıdır. Daha az yanacaq sərf edən avtomobillər ən çox satılanlardır. Əslində bu da ölkədən-ölkəyə dəyişir. Məsələn Venesuelada bunun o qədər də önəmi yoxdur. Çünki benzin kifayət qədər ucuzdur. Həmçinin İraqda daha çox böyük ölçülərə malik avtomobillərlə üstünlük verilir. Amma orta statistika göstərir ki, yenə də az yanacaq sərf edən avtomobillərə tələbat böyükdür. Bəs görəsən el arasında “malalitraşka” dediyimiz maşınlardan daha az hansı yanacaq sərf edir. Avtosfer.az 10 ən az yanacaq işlədən avtomobilin siyahısını təqdim edir:
Siyahının 10-cu pilləsində “Fiat Egea Hatchback” dayanır. 1.6 MiltiJet motora sahib avtomobil 100 km üçün 3.7 litr yanacaq sərf edir.
9-cu pillədə alman markası “Opel Astra”dır. 1.6 ECOTECT motora sahib avtomobil 3.7 litr işlədir.
Növbəti pillələrdə “Dacia Sandero”, “Renault Clio” və “Citroen C3” qərarlaşıb. Bu avtomobillərin hər biri 100 km yol üçün cəmi 3.6 litr yanacaq sərf edir.
“Peugeot 308” və “Peugeot 208” də az yanacaq işlədən avtomobillər sırasındadır. Belə ki, 100 km üçün 3.5 litr sərfiyyatla 4 və 5-ci pillədə qərarlaşıblar.
100 km üçün 3.4 litr sərfiyyatla “Skoda Fabia” və “BMW 116” ilk üçlüyə daxil ola bilib.
Ən az yanacaq sərf edən avtomobil isə “Opel Corsa”dır. Bu maşın 100 km yol üçün cəmi 3.2 litr yanacaq yandırır.
Orxan

Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












