Reklam

Ən çox istifadə edilən avtomobil xidmətləri – QİYMƏTLƏR

Avtoxəbər 3 Fevral 2016 12:20 Oxunub 5464
Ən çox istifadə edilən avtomobil xidmətləri – QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox 7 avtomobil xidmətindən istifadə edilir

Sürücülərin avtomobillə bağlı ən çox bilmək istədiyi məsələlərdən biri də servis xərcləridir. Avtomobil ekspertləri bildirirlər ki, ən çox 7 avtomobil xidmətindən istifadə edilir.

Bir illik servis xərcləri – təqribən 355-733 manat

Avtosfer.az xəbər verir ki, bu barədə ekspert Fərid Məlikov fins.az-a bildirib ki, daha çox istifadə edilən servislər yağ və yağ filtiri, yanacaq filtiri,əyləc qəlbləri, alışma şamları, təkərlərinbalanslaşdırılması,“razval” və kompyuter diaqnostikasıdır.Ekspertin sözlərinə görə, bir il ərzində bu xidmətlərdən istifadə 355- 733  manata başa gəlir.

 

Yağ və yağ filtirinin dəyişdirilməsi - 57 -118 manat

 

Avtomobil servislərindən daha çox istifadə edilənlərdən biri yağ və yağ filtirinin dəyişdirilməsidir. Avtomobil ekspertləri bildirirlər ki, mühərrikə tökülən  yağın kefiyyəti onun istifadə müddətinə təsir göstərir. Yəni, sürücü  daha ucuz 60-70 manatlıq motor yağı almaqla puluna qənaət etdiyini düşünür. Amma bu heç də belə deyil. Həmin mühərrik yağı  6 ay və ya 5 min kilometrdən sonra sıradan çıxır. Nəticədə sürücü bir il ərzində motor yağına görə 130-140 manat ödəməli olur. Kefiyyətli motor yağı  isə 10 min kilometr yürüş və bir il üçün yetərli olur.Üstəlik daha az xərc tələb edir- 80-90 manat. F.Məlikov bildirib ki, motor yağı ilə birlikdə  yağ filtiri də dəyişdirilir. Yağ filtirin qiyməti isə 3-20 manat təşkil edir. Usta haqqının 10 manat olduğunu nəzərə alsaq  bu xidmətdən bir dəfə istifadə sürücüyə 57-118 manata başa gəlir.

 

Yanacaq filtirini dəyişmək - 70- 180 manat

 

Avtomobildə ən çox istifadə edilən xidmətlərdən biri də yanacaq filtirinin dəyişdirilməsidir.Ekspertlər bildirirlər ki, 30-40 kilometr yürüşdən bir avtomobilin yanacaq filtiri də dəyişdirilməlidir. Bu filtirin qiyməti avtomobilin markasından aslı olaraq 60-130 manat arasında dəyişir.  Usta xərci isə 10-50 manat təşkil edir. F.Məlikov bildirib ki, bəzi avtomobillərdə bu filtir yanacaq çənin içərisində, arxa oturacağın altında və ya motorxanada yerləşir. Belə olan halda yanacaq filtirini dəyişmək  ustalara əlavə çətinlik yaradır.  Bu zaman usta xərci də artır. Usta haqqı daxil yanacaq filtirini dəyişmək avtomobil sahibinə 70-180 manata başa gəlir.

 

Əyləc qəliblərini dəyişmək - 100-135 manat

 

Əyləc qəliblərinin dəyişdirilməsi də avtomobildə daha çox ehtiyac duyulan xidmətlərdən biridir.F.Məlikov bildirir ki, 50-60 min kilometr yürüşdən sonra avtomobilin xüsusilə də ön əyləcləri dəyişdirilməlidir. Əyləc qəlblərinin qiyməti 90-120 manat, usta xərci isə 10-15 manat təşkil edir. Bu isə o deməkdir ki, avtomobilinin əyləc qəlblərini dəyişməyə hazırlaşan sürücülərin minimum 100-135 manat pulu olmalıdır.

 

Alışma şamlarının dəyişdirilməsi - 48-210 manat

 

40 min kilometr yürüşdən bir avtomobildə alışma şamları da dəyişdirilməlidir. Ehtiyat hissələri bazarında bu detalın 1 ədədinin qiyməti 7-10 manat təşkil edir. Amma bəzi bahalı avtomobil markalarında qiymət 20 manata kimi yüksəlir. Məsələn, 3.5l mühərrikli “Toyota Avalon” avtomobilinin təkcə 6 ədəd alışma şamının qiyməti 120 manatdır. Usta xərci mühərrikin həcmindən aslı olaraq dəyişir. Məsələn, alışma şamının dəyişdirlməsi zamanı daha çox detal sökülməli olan motora görə 90 manat usta haqqı tələb edilir. “Toyota Avalon” avtomobilinin iri mühərrikli olmasını nəzərə alsaq, alışma şamı və onun dəyişdirilməsi üçün usta haqqı birlikdə 210 manata başa gəlir.

 

Təkərlərin balanslaşdırılması – 30 manat

 

Avtomobil eksperləti bildirirlər ki, bu xidmətlərlə yanaşı, ildə 2 dəfə təkərlərin balanslaşdırlmasına da diqqət yetirilməlidir. Bu isə adətən 30 manata başa gəlir.

 

“Razval” və kompyuter diaqnostikası -50-60 manat

 

Adi qaydada avtomobildə hərəkət sisteminin balanslaşdırılması (razval) və kompyuter diaqnostikası xidmətinə ehtiyac olmur. Sürücülər yalnız avtomobildə hər hansı bir nazaslıq hiss etdikləri zaman bu xidmətlərlə bağlı servisə müraciət edirlər. Bu isə kuvozun tarazlığının pozulması və elektrik sistemində yaranan problemlərlə bağlı olur. “Razval” xidməti sürücülərdən 30 manat, kompyuter diaqnostikası isə 20-30 manat xərc tələb edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh