Ən çox satılan 10 avtomobil açıqlandı – SİYAHI

2024-cü ilin birinci yarısında (yanvar-iyun) Avropada ən çox satılan avtomobil markalarının adları açıqlanıb.
Avtosfer.az xəbər verir ki, ötən ili lider kimi başa vuran “Tesla Model Y” modeli bu ilin ilk yarısında ən çox satılan avtomobillərdən olsa da, siyahıda 8-ci yerə düşüb.
Belə ki, siyahının ilk pilləsində 143 min 596 ədəd satışla “Dacia Sandero” gəlir. İkinci yerdə “Volkswagen”in yenilənmiş modeli “Golf” qərarlaşıb. 2024-cü ilin ilk yarısında 126 min 993 “Qolf” satılıb. Siyahıda üçüncü yeri 114 min 623 ədədlə “Renault”nun “Clio” modeli, onu da “Volkswagen”in “T-Roc” modeli izləyir. “T-Roc” 111 min 381 ədədlə Avropanın ən çox satılan yolsuzluq avtomobili olub.
Yanvar-iyun aylarında Avropada ən çox satılan modellərin siyahısı bu cürdür:
1. “Dacia Sandero”: 143 min 596 ədəd
2. “VW Golf”: 126 min 993 ədəd
3. “Renault Clio”: 114 min 623 ədəd
4. “VW T-Roc”: 111 min 381 ədəd
5. “Peugeot 208”: 107 min 097 ədəd
6. “Skoda Octavia”: 102 min 945 ədəd
7. “Citroën C3”: 102 min 304 ədəd
8. “Tesla Model Y”: 101 min 181 ədəd
9. “Toyota Yaris Cross”: 99 min 694 ədəd
10. “Toyota Yaris”: 93 min 576 ədəd
Bu avtomobillər müxtəlif istifadəçi ehtiyaclarını qarşılmaq üçün nəzərdə tutulub və Avropa avtomobil bazarında yüksək satış rəqəmlərinə çatmaqla çox bəyənilib.
Namiq Musayev
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











