Ən çox satılan avtomobillər məlum oldu – SİYAHI

Bu ilin birinci rübündə dünyada ən çox satılan avtomobil markaları açıqlanıb. Qlobal satışların həcminə görə, “Toyota” birinci olub. Yaponiya avtomobil markasının satışları 11% artaraq 1,9 milyon ədədə çatıb.Almaniya brendlərindən “Volkswagen” ilə artımla başlamağı bacarıb. Marka satışların həcmini ilk 3 ayda 1,9% artıraraq 1,6 milyon ədədə çatdıra bilib. Siyahıda 3-cü olan “Ford”un satışları isə əksinə aşağı düşüb. Şirkətin satışları 2,1% azalaraq 1,4 milyon avtomobilə bərabər olub. İlk 5-likdə 1,2 milyon satışla “Nissan” və 1,1 milyon satışla “Honda” yer alıb.
Azərbaycanda məşhur Cənubi Koreya modellərinə dünyada maraq azalıb. Belə ki, ən çox satılan 20 avtomobil brendi sırasında ən böyük azalma “Kia”da olub. Markanın qlobal satışları 8,7% azalaraq 581 min ədədə düşüb. “Hyundai” isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% az satılıb(952 min ədəd).
“Audi”nin satışları 4,4%, “Buick”in 3,6%, “Peugeot”un 1,3%, “Jeep”in satışı isə 0,6% azalıb.
“Mercedes”satışların həcminə görə 9-cu olsa da, satışların artım dinamikasına görə birinci olub(18,2%).
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












