Ən etibarlı 10 işlənmiş avtomobil - SİYAHI

İşlənmiş avtomobil alarkən sürücülərin əksəriyyəti üçün etibarlılıq əsas meyardır. Yürüşü olan avtomobil yeni modeldən xeyli ucuzdur, lakin əvvəlki sahibinin ona nə dərəcədə düzgün qulluq etdiyini dəqiq bilmək mümkün olmur. Avtosfer.az xəbər verir ki, "Top Speed" nəşri demək olar nasazlıqlardan qorxmayan 10 işlənmiş avtomobilin siyahısını açıqlayıb. Qeyd olunur ki, bu modellər çox nadir hallarda sıradan çıxır.
Ən etibarlı 10 işlənmiş avtomobil:
- “Kia Rio”
- “Mitsubishi Outlander Sport”
- “Toyota Yaris”
- “Volkswagen Passat”
- “Infiniti Q50”
- “Mazda3”
- “Honda Fit”
- “Toyota Corolla”
- “Honda Civic”
- “Buick Encore”
Krossover “Buick Encore” etibarlılığına görə son dərəcə yüksək ümumi qiymət alıb. Ekspertlər bu modelin yığım keyfiyyətini də xüsusi olaraq yüksək dəyərləndiriblər. Bundan əlavə, “Buick Encore” yenidən satış zamanı dəyərinin böyük hissəsini qoruyub saxlayır. Mütəxəssislərin fikrincə, bu krossover idarəetmə baxımından da kifayət qədər rahatdır. Etibarlılıq üzrə ən yüksək qiymət alan digər modellər sırasında “Honda Civic”, “Toyota Corolla” və “Honda Fit” də yer alıb. Ekspertlər bildiriblər ki, bu avtomobillər ciddi texniki nasazlıqlarla çox nadir hallarda üzləşir.
Tanınmış təkər istehsalçısına sanksiya tətbiq edildi – BİZƏ TƏSİRİ OLACAQMI?
Xaricdən avtomobil gətirənlərin nəzərinə: İran ərazisindən... - AÇIQLAMA
Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırdı
"BMW" 350 mindən çox avtomobili geri çağırır
Təkrar bazarda ən çox maraq doğuran elektromobillər
Texniki baxış üçün kirayə katalizator, təkər, çanta
Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: ƏDV və gömrük rüsumu yenə ləğv ediləcək?
Daxiliyanma mühərriki 1673-cü ildə icad edilibmiş - FOTO
Kəşfiyyat xidməti: Çin maşınları şəhərlə bağlı məlumat toplayır - FOTO
Elektromobil silah kimi istifadə edilə bilər – EKSPERT
Efiopiya elektromobilləşmədə necə lider oldu?










