Ən etibarlı avtomobillərin adları açıqlanıb

ABŞ-da dərc olunan "Consumer Reports" aylıq jurnalının ekspertləri müxtəlif markalı avtomobillərin etibarlılıq səviyyəsini araşdırıblar və 27 şirkətin daxil olduğu reytinq siyahısı hazırlayıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, siyahının ilk pillələrində Yaponiya istehsalı olan avtomobillər yer alıb. Siyahının lideri "Toyota" olub. Ən az nasazlıq bu markadan olan avtomobillərdə qeydə alınıb. İkinci pillədə "Lexus", üçdə isə "Kia" qərarlaşıb.
İlk onluğa həmçinin Yaponiya markası olan "Subaru", "Infiniti" və "Honda", "Audi" və "BMW" (Hər ikisi Almaniya), "Buick" (ABŞ) və "Hyundai" (Cənubi Koreya) düşüb.
Bundan əlavə, ən problemli avtomobillər də müəyyən edilib. Ekspertlərin sözlərinə görə, birinci yer "Chevrolet Camaro"ya verilib. "Mercedes-Benz GLC" və "Jaguar F-Pace" markalı avtomobillərin sahibləri də problemlərlə üzləşiblər.
Siyahıya həmçinin "GMC Acadia", "Fiat 500", "Ford Fiesta" və " Ford Focus", eləcə də, "Volvo XC90", "Cadillac Escalade" və "Tesla Model X" daxil edilib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












